Tribuna İnformasiya Agentliyi

Azərbaycandakı banklar xarici valyutada verdiyi kreditləri BAHALAŞDIRIB

02 Dekabr

Azərbaycanda xarici valyuta ilə verilən kreditlər üzrə orta faiz dərəcəsi bu il noyabrın 1-nə 6,69% təşkil edib.

TİA.AZ-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, faiz dərəcəsi oktyabrın 1-i ilə müqayisədə 0,05 faiz bəndi artıb. Beləliklə, manatla verilmiş kreditlərdə orta faiz dərəcəsi üzrə ilin əvvəlindən davam edən azalmanı artım əvəz edib. Hüquqi şəxslərə verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 5,51%-dən 5,54%-ə, fiziki şəxslərə verilmiş kreditlər üzrə isə 11,36%-dən 11,61%-ə yüksəlib.

Hesabat dövründə manatla verilmiş kreditlərin orta faiz dərəcəsi 14,34% olmaqla sabit qalıb.

Xatırladaq ki, 1 yanvar 2019-cu il tarixinə manatla kreditlərdə orta faiz dərəcəsi 14,24%, xarici valyutada isə 8,06% olub.