Tribuna İnformasiya Agentliyi

Azərbaycanda valideynlərini elçiliyə göndərə bilməyən gənc özünü bıçaqlayıb

10 May

Azərbaycanda valideynlərini elçiliyə göndərə bilməyən gənc özünü bıçaqlayıb.

“Report”un xəbərinə görə, hadisə Bərdə rayonunun kəndlərindən birində qeydə alınıb. Kənd sakini 1995-ci il təvəllüdlü N.C. intihar etmək məqsədi ilə qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, onun həyatı xilas edilib.

Araşdırma zamanı onun valideynlərinin sevdiyi qıza elçi getməməsi səbəbindən intihar etmək istədiyi məlum olub.