Tribuna İnformasiya Agentliyi

Azərbaycanda vəkillərin sayı açıqlanıb

09 May

“Mayın sonunadək tədrisi uğurla keçmiş 100 nəfər vəkilliyə namizədin and içməsinin təşkili planlaşdırılır”

Bunu Vəkillər Kollegiyasinin (VK) sədri Anar Bağırov jurnalistlərə deyib.
O, Azərbaycanda vəkillərin sayını da açıqlayıb: “Bu planlarımız həyata keçərsə, onda mayın sonunadək Azərbaycanda vəkillərin sayı 1100 nəfəri keçəcək. Beləliklə, ötən illə müqayisədə vəkillərin sayı 20 faiz çox olacaq”.
A.Bağırov bildirib ki, vəkilliyə namizədlərin birinci andiçməsindən sonra qəbul olunanların hamısı müvafiq vəkil qrumlarına göndərilib: “Bunlar tək Bakı şəhərinə deyil, eyni zamanda ölkəmizin müxtəlif regionlarında da fəaliyyət göstərəcək. Nəticə etibarilə Bakı şəhərində fəaliyyət göstərən 17 hüquq məsləhətxanası, hüquq bürosunda vəkillərin sayı artmaq üzrədir. Həmçinin regionlarda da vəkillərin sayında artım var. Birinci andiçməyə qədər Şəki şəhərində 3 vəkil fəaliyyət göstərirdirsə, hazırda onların sayı 8-ə çatıb. Bu, bir böyük uğurdur. Təbii ki, bu rəqəmlər artacaq, bu, son deyil”.