Tribuna İnformasiya Agentliyi

Azərbaycanda tanınmış aktyor soyuldu, özü də…

09 Mart

Aktyor Elşən Hacıbabayevin başına iş gəlib.

Minval.info-nun məlumatına görə, sənətçinin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ailə üzvlərinə aldığı hədiyyələri avtomobilindən oğurlanıb.

Bu barədə E.Hacıbabayev məlumat verib.

Belə ki, oğru onun “Hyundai Tucson” markalı maşınının şüşəsini sındırıb və hadisəni törədib.

Baş vermiş olayla bağlı polisə müraciət edilib.