Tribuna İnformasiya Agentliyi

Azərbaycanda son 1 ildə boşanmaların statistikası

13 İyul
2018-ci ilin beş ayı ərzində qeydiyyat şöbələri tərəfindən  22489 nikah və 6177 boşanma halları qeydə alınıb.
TİA.AZ  Dövlət  Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,5, boşanmaların sayı isə 1,5 olub.
Ötən ilin 5 ayı ilə müqayisədə nikahların sayı 2,4%, boşananların sayı 0,5% azalıb.
Qeyd edək ki, 2017-ci ilin ilk 5 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 23044 nikah və 6207 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə  nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.