Tribuna İnformasiya Agentliyi

Azərbaycanda siqaret bahalaşacaq: vergi 4 manatdan 12 manata qaldırıldı

12 İyun
Azərbaycanda tütündən hazırlanan siqaretlərin vergi dərəcəsi artırılıb.
TİA.AZ “Report”a istinadən xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin növbədənkənar plenar iclasında müzakirəyə çıxarılıb.
Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən dəyişikliyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 12 manat vergi tutulacaq. Qeyd edək ki, indiyədək bu məbləğ 4 manat idi.
Dəyişiklik layihəsi səsverməyə çxıarılaraq qəbul olunub.