Tribuna İnformasiya Agentliyi

Azərbaycanda Ramazan bayramı namazının vaxtı açıqlanıb

11 İyun

Azərbaycanda Ramazan ayı münasibəti ilə qılınacaq bayram namazının vaxtı açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ)  verilən məlumata görə, bayram namazı iyunun 15-də səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq

QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Təzə Pir məscidində bayram namazına qatılacaq.