Tribuna İnformasiya Agentliyi

Azərbaycanda qadın direktor qəzaya düşdü – Fotolar

22 İyun

Ağdamda yol qəzası baş verib. 
TİA.AZ-ın APA-ya istinadən xəbərinə görə, rayonun Quzanlı qəsəbəsində 02 AA 071 dövlət nömrə nişanlı, “Nissan” markalı avtomobil, 63 BA 537 dövlət nömrə nişanlı, “Moskvich” markalı maşınla toqquşub.

“Nissan” markalı maşın Ağdam Musiqi Kollecinin xidməti  maşınıdır.

Qəza baş verən zaman Kollecin direktoru Laura  Ağayeva da avtomobildə olub.

Faktla bağlı araşdırma aparılır.