Tribuna İnformasiya Agentliyi

Azərbaycanda mən də daxil olmaqla astroloq yoxdur”

05 Dekabr

Artıq 2018-ci ilin yekunlaşmasına sayılı günlər qalıb. Şərq təqvimi ilə qarşıdan 2019-cu il – Qaban ili gəlir.

Modern.az-ın əməkdaşı Qaban ilinin xüsusiyyətləri, bu ildə bizi nələrin gözləyəcəyi kimi  suallarla AMEA-nın böyük elmi işçisi, filologiya elmləri namizədi, tanınmış astroloq Firudin Qurbansoya müraciət edib. Firudin Qurbansoy isə neçə illərdir ki, öncədən proqnoz vermədiyini bildirib:

“Dediyiniz məsələlərlə bağlı danışmıram. 4-5 ildir ki, proqnoz da vermirəm. Ümumilikdə astrologiya ilə bağlı daha heç nə demirəm”.

Firudin Qurbansoy  qəti şəkildə özünü astroloq kimi görmədiyini də söyləyib:

“Azərbaycanda mən də daxil olmaqla astroloq yoxdur. Amma Səbuhi Rəhimli öz üzərində çalışır və məlumatlıdır. Ona görə də ən yaxşı astroloq kimi Səbuhi Rəhimlini məsləhət görə bilərəm. Ondan başqası yoxdur”.