Tribuna İnformasiya Agentliyi

Azərbaycanda kolbasa və sosiska istehsal edən bəzi müəssisələrin fəaliyyətində nöqsanlar aşkarlanıb

11 Oktyabr

zərbaycanda ət və ət məhsulları, o cümlədən kolbasa və sosiska istehsal edən bəzi müəssisələrin fəaliyyətində nöqsanlar aşkarlanıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

“Digər qida sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri kimi ət və ət məhsullarının satışı müəssisələrində də AQTA tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestr”indən çıxarış alınaraq yoxlamalar həyata keçirilir. Həyata keçirilən yoxlamalar zamanı bir sıra müəssisələrin havalandırma sistemi ilə təmin edilmədiyi, tavan, döşəmə və divarlar asan yuyulan gigiyenik materiallarla üzlənmədiyi, eyni zamanda ətin satışı, saxlanması və emalı üçün bazarda baytarlıq-sanitariya tələblərinə uyğun şəraitin olmadığı müəyyən edilib. Hazırda bu sahədə aidiyyəti üzrə tədbirlərin həyata keçirilməsi davam etdirilir”, – AQTA-dan bildirilib.