Tribuna İnformasiya Agentliyi

Azərbaycanda keçmiş polis yüksək dozada narkotikdən öldü

27 Sentyabr

Dünən axşam saatlarında Sumqayıtda 36 yaşlı kişinin meyiti tapılıb.

Hacı Zeynalabdin qəsəbəsində yerləşən mənzildən 1983-cu il təvəllüdlü Tağıyev Xanbala Zakir oğlunun meyiti tapılıb. Onun hansı şəaitdə, necə öldüyü dəqiqləşməsə də, yüksək dozalı narkotik vasitənin təsiri nəticəsində vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Xanbala Tağıyev xeyli müddət polis sistemində çalışıb və bir müddət əvvəl işdən çıxıb.

Faktla bağlı araşdırma aparılır.
publika.az