Tribuna İnformasiya Agentliyi

Azərbaycanda iki arvadı və uşaqları ilə qəbiristanlıqda yaşayan kişi – “Olsa, birin də saxlayaram” (VİDEO)

09 Avqust

Amil Xəlilin təqdimatında yayımlanan “Space” Tv-nin “Olar:? Olmaz!” verilişində ötən gün inanılmaz anlar yaşanıb.

Minval.info bildirir ki, qəbiristanlıqda bir ailənin 3 azyaşlı ilə yaşadıqları barədə xəbər tutan aparıcı sözügedən əraziyə yollanıb. Amil Xəlilin ailə başçısı ilə söhbəti zamanı məlum olub ki, onun iki həyat yoldaşı var.

Onların hər ikisi də yanında – qəbiristanlıqda qalır. İki uşaq birindən, bir uşaq digərindəndir. Xanımlar bəydən çox razı qaldıqlarını, amma küçə həyatından yorulduqlarını dilə gətiriblər. Qadınlar isə problem olmadan aralarında mehribanlıq hökm sürür.

Qeyd edək ki, xanımlar iş olduqda restoranlarda qab yuyaraq pul qazansalar da, bu, ailəni küçədən xilas etmir. Ailə başçısı Sahib Ələkbərov isə əlilliyi ucbatından çalışa bilmir. Onun ailəsinə qonşuları yardım edir.

Həmin anları sizə təqdim edirik: