Tribuna İnformasiya Agentliyi

Azərbaycanda doğuş zamanı iki körpə ölüb – DƏHŞƏT

11 Sentyabr

Azərbaycanda doğuş zamanı iki körpə ölüb.

Open.az-ın məlumatına görə, hadisələrdən biri Bakıda 7 saylı doğum evində qeydə alınıb. 38 həftəlik hamiləlik ilə doğum evinə daxil olan Məsumə Naib qızı İbadova dərhal qeysəriyyə əməliyyat olunub. Əməliyyat zamanı uşaq ölüb. Ananın vəziyyəti normaldır.

Doğuş zamanı daha bir uşaq ölümü Goranboyda baş verib.

Rayon sakini, 1991-ci il təvəllüdlü Gülər Cəlil qızı Cəfərova qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirərkən körpə ölüb. Ananın vəziyyəti normaldır.

Hər iki faktla bağlı müvafiq olaraq Nizami və Goranboy rayon Prokurorluqları tərəfindən araşdırma aparılır.