Tribuna İnformasiya Agentliyi

Azərbaycanda daha bir qadın estetik əməliyyatın qurbanı oldu (FOTO)

05 Noyabr
Azərbaycanda daha bir qadın mədəkiçiltmə əməliyyatı zamanı dünyasını dəyişib.
TİA.AZ xəbər verir ki, modern.az-ın əldə etdiyi məlumata görə, Sevinc adlı xanım dünən mədəkiçiltmə əməliyyatına girib və gecə saatlarında həyatını itirib. Xanımın azyaşlı övladı var.
Mərhumun Bakı Dəmiryol Xəstəxanasının işçisi olduğu bildirilir.
Sayt Bakı Dəmiryol Xəstəxanası ilə əlaqə saxlasa da, bazara günü olduğundan hər hansı infromasiya almaq mümkün olmayıb.