Tribuna İnformasiya Agentliyi

Azərbaycanda cinayət törədən nə qədər yeniyetmə var?

14 Sentyabr
Azərbaycanda ötən il cinayət törədən 14-17 yaşlı yeniyetmələrin sayı məlum olub.
TİA.AZ  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ildə həmin yaşlarda yaşda 471 uşaq cinayət törədib. 2017-ci ildə onların sayı 486 olub.
2000-ci ildə bu göstərici 573 nəfər təşkil edib. Cinayət törədən yeniyetmələrdən 460-ı oğlan, 11 nəfəri qız olub. Uşaqların 115 nəfərinin yaşı 14-15, 362-nin yaşı 16-17 təşkil edib.
Qeyd edək ki, 2000-ci ildə 14-15 yaşında 111 uşaq cinayət törədib. Cinayət törədən uşaqlardan 12-si hadisəni sərxoş vəziyyətdə edib. 14-17 yaşda cinayət törədən uşaqlardan 301-i məhkum olunub. Məkum olunanlardan 74-ü azadlıqdan məhrum edilməklə, digərləri isə islah işləri, şərti məhkum etmə, ictimai işlər və cərimə yolu ilə cəzalandırılıb.