Tribuna İnformasiya Agentliyi

Azərbaycanda bir gündə 650 min ağac əkiləcək

05 Sentyabr

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikada 650 min ağac əkiləcək.

TİA.AZ xəbər verir ki, Heydər Əliyev Fondundan və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən jurnalistlərə bildiriblər ki, bu təşəbbüsə respublikanın bütün bölgələrində geniş ictimaiyyət nümayəndələri, həmçinin dövlət və hökumət qurumlarının, diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və könüllü gənclər qoşulacaqlar.

Bu genişmiqyaslı tədbirə söz ustadının doğulduğu Şamaxı rayonunda start veriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.