Tribuna İnformasiya Agentliyi

Azərbaycanda arıqlamaq üçün dərman içən 18 yaşlı qız öldü

06 Dekabr

Yevlaxda 18 yaşlı qız zəhərlənərək ölüb.

TİA.AZ  Qafqazinfo-ya istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Sona Əliyeva dekabrın 4-də axşam saatlarında zəhərlənmə diaqnozu ilə Yevlax rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım bölməsinə gətirilib.

Dekabrın 5-də isə xəstəxananın reanimasiya şöbəsində vəfat edib. O, evdə arıqlamaq üçün kömür tabletkası qəbul edib.

Ölümün səbəbini müəyyən etmək məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.