Tribuna İnformasiya Agentliyi

Azərbaycanda 12 sığorta şirkəti yarımillik maliyyə hesabatını açıqlamayıb

13 Oktyabr

Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 12-si bu ilin I yarısının yekunlarına dair maliyyə hesabatını açıqlamayıb.

Bu, “Report”un araşdırması nəticəsində məlum olub.

Həmin şirkətlər “A-Qrup Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Atəşgah Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Azsığorta”, “Xalq Sığorta”, “Qala Həyat Sığorta”, “Qala Sığorta”, “Naxçıvan Sığorta”, “PAŞA Həyat Sığorta”, “PAŞA Sığorta” ASC-lər, eləcə də Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətidir (“Azərsığorta”).

Xatırladaq ki, bunlardan “Naxçıvan Sığorta” həm də 2017-ci ilin yekunlarına dair maliyyə hesabatı verməyib.

Qalan 9 sığorta şirkəti – “AXA Mbask”, “Amrah Sığorta”, “Ata Sığorta”, “Bakı Sığorta”, “Günay Sığorta”, “İpək Yolu Sığorta”, “Meqa Sığorta”, “Rəvan Sığorta” və “Standard Insurance” ASC-lər isə 2018-ci ilin yanvar-iyun aylarının yekunları barədə ictimaiyyəti məlumatlandırıb. Bunlardan 4-ü yarımili mənfəətlə, 5-i isə zərərlə başa vurub.