Tribuna İnformasiya Agentliyi

Azərbaycanda ərzaq, içki və siqaretin qiyməti BAHALAŞDI

18 Mart
2019-cu ilin yanvar-fevral aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətlərində 1,9 faiz artım olub.
Dövlət Statistika Komitəsindən  bildirilib ki, həmin müddət ərzində ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,5 faiz artıb.