Tribuna İnformasiya Agentliyi

Azərbaycana qızıl medal qazandıran İdmançı ömürlük cəza aldı

29 Dekabr

Əvvəllər Azərbaycan yığmasının şərəfini qorumuş ağırlıqqaldıran dopinqdən istifadə etdiyi üçün ömürlük cəzalandırılıb. Modern.az xəbər verir ki, moldovalı ağırlıqqaldıran Yuri Dudoqlo dopinqdən istifadə etdiyi üçün ömürlük diskvalifikasiya olunub.

Y.Dudoqlo Azərbaycan yığmasının şərəfini qoruduğu zaman da iki dəfə diskvalifikasiya olunub. O, 2013-cü ildə ölkəmiz üçün Universiadanın qızıl medalını qazanıb.