Tribuna İnformasiya Agentliyi

Azərbaycana 10 santimetrədək qar yağıb – FOTO

28 Dekabr

Dekabrın 27-si gecə saatlarından Azərbaycanın şimal rayonlarına qar yağmağa başlayıb.

TİA.AZ-ın AZƏRTAC-a istinadən xəbərinə görə, dağlıq ərazilərdə temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb.

Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazilərində qarın hündürlüyü 10 santimetrə çatır. Ən çox yağıntı Qubanın Qırız, Xınalıq kəndlərində və Xızının Altıağac qəsəbəsində qeydə alınıb.

Qusarın rayon mərkəzində qarın hündürlüyü 7 santimetrə çatır.

Hazırda qar Quba, Qusar və Xızı rayonları ərazisinə yağmaqda davam edir.