Tribuna İnformasiya Agentliyi

Azərbaycan-Yaponiya arasında ekoturizm sahəsində potensial əməkdaşlıq imkanları müzakirə olunub

19 İyun

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Yaponiya Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin yanında Turizm Agentliyinin sədr müavini Cun Takaşina ilə görüş keçirilib.

Nazirlikdən verilən məlumata görə, görüş zamanı Azərbaycan-Yaponiya arasında əməkdaşlığın mövcud vəziyyəti, həmçinin ekoturizm sahəsində potensial əməkdaşlıq imkanları müzakirə olunub və fikir mübadiləsi aparılıb.