Tribuna İnformasiya Agentliyi

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiiyi” yubiley medalı təsis edilib

01 May

Milli Məclisin iclasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə medal təsis olunması müzakirəyə çıxarılıb.

TİA.AZ-ın məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik təklif edilir.

Layihəyə əsasən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiiyi (1918-2018)” yubiley medalı təsis ediləcək. Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu medalla təltif olunacaq.

Layihə səsə qoyulaarq qəbul edilib.