Tribuna İnformasiya Agentliyi

Azərbaycan Uşaqları Birliyinin sədrinin məhkəməsi başlayıb

30 Aprel

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

K.Ağazadə ittiham aktını almadığını, barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçildiyini bildirib.

Məhkəmə ona ittiham aktı verib və proses mayın 7-dək təxirə salınıb.