Tribuna İnformasiya Agentliyi

Azərbaycan şirkəti Türkiyənin yarım əsrlik firmasını satın alır

08 İyul
Azərbaycanın süd və süd məhsulları istehsal edən firması Türkiyənin yarım əsrlik “Yörsan” firmasını satıq almaq üçün danışıqlar aparır.
Qaynarinfo “Hürriyet”ə istinadən xəbər verir ki, 4 il əvvəl satılan süd və süd məhsulları istehsalçısı “Yörsan” ciddi maliyyə problemləri ilə üz-üzədir. Böyük miqdarda borcu olan şirkətin adı açıqlanmayan Azərbaycan firmasına satışı gündəmdədir.
Azərbaycanın ən böyük süd və süd məhsulları istehsalçısı kimi təqdim edilən firma satış prosesində əvvəlcə borcların 65%-ni ödəməyi təklif edib. Faiz qəbul edilməyəndən sonra miqdar 85%-ə yüksəldilib.
“Yörsan” rəsmisinin sözlərinə görə, satış danışıqlarına əhəmiyyət verirlər. Haqqında söhbət gedən Azərbaycan firmasının Türkiyədə digər ortaqları da var.