Tribuna İnformasiya Agentliyi

Azərbaycan Prezidenti indoneziyalı həmkarına başsağlığı verib

06 Avqust

Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Prezidenti Coko Vidodoya başsağlığı məktubu göndərib.

TİA.AZ-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.