Tribuna İnformasiya Agentliyi

Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək

01 Dekabr

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək.

“Report” xəbər verir ki, üç günü əhatə edəcək turun açılış matçında çempionatın debütantı “Sabah” doğma meydanda “Neftçi” ilə üz-üzə gələcək.

Komandalar arasındakı ilk dövrədəki oyunda flaqman qələbə qazanıb – 2:0“Sabah” turnir cədvəlində 17 xalla dördüncü, “Neftçi” isə 29 xalla birinci pillədə qərarlaşıb.

Günün digər matçında “Sumqayıt” “Səbail”i qəbul edəcək. “Gənclik şəhəri” təmsilçisi mövsümdə ilk dəfə “Kapital Bank Arena”da oyuna çıxacaq. Arena bu vaxta qədər təmirdə olduğu üçün “Sumqayıt” ev oyunlarını paytaxtda keçirib. Komandalar indiyədək çempionatda 5 dəfə qarşılaşıblar və eyni sayda – 2 dəfə qələbəyə seviniblər. Bir görüşdə isə qalib müəyyənləşməyib. Topların fərqi də bərabərdir – 4:4 Son iki oyunun hərəsində 2 qol vuran “Səbail” qalib gəlib. “Gənclik şəhəri” təmsilçisi isə öz meydanında rəqibini məğlub edə bilməyib. “Səbail” 20 xalla üçüncü, “Sumqayıt” isə 11 xalla 6-cı yerdədir.

Azərbaycan Premyer Liqasında, XIII tur

1 dekabr (şənbə)

16:30. “Sabah” – “Neftçi”

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Cavanşir Yusifov, Ramil Əhmədov

Hakim-inspektor: Murad Məmmədov

AFFA nümayəndəsi: Seymur Səlimli

“Əlincə Arena”

İlk dövrə – 0:2

19:00. “Sumqayıt” – “Səbail”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev

Hakim-inspektor: Fizuli Nəcəfov

AFFA nümayəndəsi: Eldar Qasımov

“Kapital Bank Arena”

İlk dövrə – 0:2

Qeyd edək ki, turun digər matçı sabah keçiriləcək. “Qəbələ” doğma meydanda “Zirə” ilə münasibətlərə aydınlıq gətirəcək. Tura dekabrın 3-ü keçiriləcək “Qarabağ” – “Keşlə” görüşü ilə yekun vurulacaq.