Tribuna İnformasiya Agentliyi

Azərbaycan neftinin qiyməti 85,14 dollar oldu

11 Oktyabr

Dünya birjalarında neftin qiyməti ucuzlaşır.

TİA.AZ xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,29 dollar azalaraq 81,80 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,09 dollar ucuzlaşaraq 72,08 dollar olub.

Azərbaycan neftinin də qiyməti ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,35 dollar azalaraq 85,14 dollar təşkil edib.