Tribuna İnformasiya Agentliyi

Azərbaycan nefti 2 dollar bahalaşıb

16 İyul

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 2,1 dollar və yaxud 2,81% artıb.

TİA.AZ xəbər verir ki, “Azeri LT CIF” markalı neftin qiyməti 76,85 dollar/barelə bərabər olub.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.