Tribuna İnformasiya Agentliyi

Azərbaycan klubuna keçən təbrizli futbolçu Şəhidlər xiyabanını ziyarət edib – VİDEO

29 Yanvar

“Sumqayıt” klubunun qış fasiləsində heyətinə cəlb etdiyi Peyman Babayi Şəhidlər xiyabanını ziyarət edib.

“Report” xəbər verir ki, 25 yaşlı hücumçu 20 Yanvar şəhidlərinin məzarlarına gül düzüb.

Qeyd edək ki, İranın Təbriz şəhərində doğulan P.Babayi “Traktorsazi” klubunun yetirməsidir. “Sumqayıt” oyunçunu Təbrizin digər təmsilçisi “Maşınsazi”dən icarəyə götürüb.