Tribuna İnformasiya Agentliyi

Azərbaycan klubu azarkeş yığmaq üçün maraqlı üsula əl atıb – FOTO

15 Fevral

Azərbaycanın I divizionunda mübarizə aparan və növbəti mövsüm elitaya yüksəlməyi qarşısına hədəf qoymuş “Xəzər” klubu azarkeş yığmaq üçün maraqlı üsula əl atıb.

Oxu.Az xəbər verir ki, 90 dəqiqə ərzində Bakı komandasını dəstəkləyənlərə beş manat verilir.

Bu elan bu gün keçirilmiş I divizionun XIV turunun “Xəzər” – “Sabah” oyunundan əvvəl verilib. “İnter Arena”da keçirilmiş görüşdə meydan sahibləri Təhsil Nazirliyinə məxsus “Sabah”a 3:0 hesabı ilə qalib gəlib.