Tribuna İnformasiya Agentliyi

Azərbaycan alimlərinin möhtəşəm ixtirası: dəniz suyundan yanacaq alınacaq (VİDEO)

02 May
Azərbaycan dəniz suyundan yanacaq alınması texnologiyasının xarici ölkələrə ixracına hazırlaşır. Hazırda texnologiyanın təkmilləşdırılməsi işləri gedir. Belə ki, sözügedən cihaz vasitəsi ilə yuyucu vasitə də əldə etmək mümkün olacaq.
Azərbaycan alimlərinin ixtira etdikləri “Hidroqaz” adlı texnologiya ilə dəniz suyundan yanacağın alınması ilə yanaşı yuyucu vasitə də əldə etmək mümkün olacaq.
Alim Yusif Abdullayevin sözlərinə görə, bu texnologiya vastiəsilə hazırlanan məhsul satışda olan təmizləyici vasitələrdən fərqli olacaq. Cünki onun tərkibində insan orqanizmi və ətraf mühit üçün təhlükə yaradan kimyəvi elementlər yoxdur.
Yeni hazırlanan cihaz vasitəsilə dəniz suyunun emalı nəticəsində alınan məhsulu fərqli məqsədlərlə də istifadə etmək mümkündür.
Hazırda bu texnologiyanın təkmilləşdirililməsi işləri aparılır. Yusif Abdullayev deyir ki, reaktor yekun prototipinin hazırlanmasının son mərhələsindədir. Bu texnologiyanın xarici bazarlara ixracı da nəzərdə tutulub. Bu üsul ətraf mühitin qorunmasında və qlobal istiləşmənin qarşısının alınmasında mühüm rol oynayacaq.