AYTAC ƏLİYEVANIN HƏBSİNİN DETALLARI BİLİNDİ – ÖZƏLbackend

AYTAC ƏLİYEVANIN HƏBSİNİN DETALLARI BİLİNDİ – ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyevanın həbsinin bəzi detalları bilinib.
TİA.Az-ın ələ etdiyi məlumata görə, onun həbsinə səbəb Binəqədi ərazisində torpaqların satışını köhnə tarixlə sənədləşdirməsi olub.
Məsələ araşdırılıb və dələduzluq faktları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
A.Əliyevanın keçmiş icra başçısı Xaləddin İsgəndərovun kadrı olduğu və bu işlərdə onunla əlbir çalışdığı iddiaları var.
Qeyd edək ki, A.Əliyeva Yeni Azərbaycan Partiyası (YAP) Gənclər təşkilatının sədr müavini və YAP Binəqədi rayon təşkilatının qadınlar şurasının sədri olub. O, Xaləddin İsgəndərovun icra başçısı olduğu dövrdə bələdiyyə sədri vəzifəsində çalışıb.

TİA.Az