“Ayla”ya qoyulan qadağa götürüldübackend

“Ayla”ya qoyulan qadağa götürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin 90-cı Oskar mükafatına namizəd olmuş “Ayla” filminə qoyulan qadağa götürülüb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, daha öncə Cənubi Koreyada yayımlanmayacağı açıqlanan ekran işi iyunun 15-dən etibarən tamaşaçıların görüşünə gələcək. 1 gündə 250 salonda nümayiş olunacaq.

Qeyd edək ki, Rejissorluğunu Can Ulkayın etdiyi, prodüserliyini Mustafa Uslunun boynuna götürdüyü, musiqilərinə Fahir Atakoğlunun imza atdığı ekran işini 1950-ci illərdə Koreya müharibəsinə həsr olunub.  Ekran işində İsmail Hacıoğlu, Kim Seol, Çetin Tekindor, Lee Kyong-Jin, Ali Atay, Murat Yıldırım, Taner Birsel, Altan Erkekli, Meral Çetinkaya, Damla Sönmez, Büşra dəvəli, Erkan Petekkaya, Sinem Uslu, Eric Roberts, Cade Carredine, Kim Byoungsoon, Johnny Young, Mehmet Esen, Caner Kurtaran, Burç Kümbetlioğlu, Duygu Yetiş, Ali Barkın, Nilgün Kasapbaşoğlu, Mine Teber, Esra Dermancıoğlu, Toyga Avanoğlu, İlber Gürtunca kimi bir-birindən qiymətli 32 yerli və xarici ulduzlar rol alıb.

Ekran işi türk əsgərlərindən biri olan Astsubay Süleyman ilə ailəsi öldürülən koreyalı kiçik qızın  sevgi və ümidlə bəslənən, gerçək hekayəsindən bəhs edir. Belə ki, Süleyman 1950-ci ildə Koreya müharibəsinə könüllü gedib. O, müharibə zamanı meşədə ata-anası öldürülən Kimi tapır. Uşaq ay üzlü olduğu üçün ona Ayla adını qoyur. 1il 6 ay ərzində ona atalıq edir. Müharibə bitdikdən sonra onlar ayrılmaq məcburiyyətində qalır. Süleyman qızı Türkiyəyə aparmaq üçün yollar axtarsa da, sonda onu uşaq evinə verməli olur. Yalnız 60 il sonra Ayla və Süleyman təkrar bir araya gəlirlər.