“Ayı salam versin onlara?” – Nazirlikbackend

“Ayı salam versin onlara?” – Nazirlik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Onlar nə gözləyirdilər, ayı salam versin onlara?”. Bu barədə “Qafqazinfo”ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Qəbələnin Laza kəndində ayı hücumuna məruz qalan çobanlarla bağlı açıqlamasında bildirib.

“Çobanlar sürü və itlərlə meşəyə, vəhşi heyvanların sahib olduğu, yaşadığı evə girirlər, orada heyvanlarını otarırlar, sonra da deyirlər ki, ayı bizə hücum etdi. Bu da təbiətin onlara cavabıdır. Meşə vəhşi heyvanların evidir. Orada ayı, canavar, tülkü olar. Dəfələrlə bildirmişik ki, meşəyə mal-qara, qoyun keçi aparılmasın”, – deyə nazirlik rəsmisi vurğulayıb.