Tribuna İnformasiya Agentliyi

Aygün Kazımova ilə VİDEOSU yayılan komandir danışdı

25 Noyabr

Qarabağ müharibəsində vuruşmuş, “Bozqurd” batalyonunun komandiri Nurəddin Xoca femida.az-a müsahibə verib. 

Qarabağ müharibəsində vuruşmuş, “Bozqurd” batalyonunun komandiri Nurəddin Xoca femida.az-a müsahibə verib.

Big.az bildirir ki, o, müğənni Aygün Kazımova ilə mətbuatda yayılan videosundan danışıb: “Həmin video 1993-cü ildə Bakıda yerləşən “İstanbul” restoranında çəkilib. Mən həbsxanadan təzə çıxmışdım. Uşaqlar qonaqlıq verirdilər. Aygün də orada müğənni kimi oxuyurdu. Elə oldu ki, bir yerdə rəqs etdik. O vaxt mən komandir deyildim. Aygün Kazımovayla tanışlığımız müharibə illərində olub. Könüllü kimi o da bizim batalyona qoşulmuşdu. O mənim batalyonumda Qubadlıya, Zəngilana qədər gedib. Tibb bacısı olsa da, avtomatı da var idi. Atmağı da bacarırdı. Bunu hər kəs görüb. Aygünü də, məni də, digərlərini çəkiblər. İstəsələr, göstərərlər. Batalyonlarda qadınlar da olurdu. Bu təbii haldır”.