Aydın Canıyev sayt yaratdı: “Bu, təşəbbüs deyil, fədakarlıqdır”backend

Aydın Canıyev sayt yaratdı: “Bu, təşəbbüs deyil, fədakarlıqdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda yeni sayt – “Aydin-as.az” fəaliyyətə başlayır. Saytın baş redaktoru tanınmış jurnalist Aydın Canıyevdir.

Bu barədə Aktual.az-a məlumat verən Aydın Canıyev yeni saytın  media cameəsində fərq yaradacağını bildirib. O deyib ki, sayt ictimai-siyasi və sosial mövzuları əhatə etməklə yanaşı, həmçinin dünyada və regionda baş verən hadisələrə analitik prizmadan yanaşacaq.

Saytın yaranma məqsədləri barədə Aydın Canıyev Aktual.az-a danışıb:

“Düşünürəm ki, internet medianın geniş imkan tanıdığı bir dövrdə Azərbaycan media cameəsində xaotik bir vəziyyət yaranıb. Ona görə də bir peşəkar kimi hesab edirəm ki, obyektiv və peşəkar mediaya ehtiyac yaranıb. Medianın informasiya yaymaqla yanaşı əsas vəzifələrindən biri də maarifçilikdir. İnformasiya sahəsində sürətli-qaçaraq yanaşma çox vaxt yanlış xəbərlərin tirajlanmasına səbəb olur. Bu da xüsusən ayrı-ayrı şəxslər barədə təqsirsizlik prezumpsiyasına yol açır. Bunun qarşısını da heç bir inzibati resurs deyil, məhz peşəkar yanaşma ala bilər. Ümid edirəm ki, Azərbaycan mediasındakı peşəkarlar mənim bu xoşgörülü təşəbbüsümü dəstəkləyəcək, Zərdabidən başlayan bu ənənənin qeyri peşəkarların əlində qalmasına göz yummazlar. O üzdən sayt tək Aydın Canıyevin yox, peşəkarların saytı olacaq. Mövlanə demişkən, qapımız bütün peşəkarlara açıqdır. Bu, Sadəcə bir təşəbbüs deyil, Azərbaycan mediasının inkişafı naminə fədakarlıq nümunəsi olacaq”.