AYBƏNİZ HAŞIMOVADAN FİRUZƏ İBADOVAYA GÖRƏ AİDİYYATI ORQANLARA ÇAĞIRIŞ – QANDONDURAN SÖZLƏR…backend

AYBƏNİZ HAŞIMOVADAN FİRUZƏ İBADOVAYA GÖRƏ AİDİYYATI ORQANLARA ÇAĞIRIŞ – QANDONDURAN SÖZLƏR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Aybəniz Haşımova həmkarı, əməkdar artist Firuzə İbadova ilə bağlı fikirlərini özünün sosial media hesabında bölüşüb. TİA. Az xəbər verir ki, təsirli sözlər yazan A.Həşimova F.İbadova haqda düşüncələrini qeyd edib.
“Bəli, onu tanıyanda artıq indiki dəbdə olan ifadə ilə desək ulduz idi, bu gün də ulduzdu! Özü də heç vaxt sönməyəcək ulduz..

Zaman elə sürətlə gedir ki, bir də baxırıq müəyyən yaşa çatmışıq və ömrün əlimizdən alıb nə qədər apardığı var. Gəncliyimiz, sağlamlığımız, illərimiz,
doğmalarımız, ümidlərimiz, gözlədiyimiz, o gözlədiyimiz ki, bir də heç vaxt qayıtmayacaq. Yəni gəncliyimizin işıq dolu səsi… ” – Haşımova ötən illərin xiffətini çəkib.

Müğənni bildirib ki, hər kəs dinləmək, görmək arzusu ilə cibinin ən sonuncu puluna bilet alırdı: “Azkonsert, Filarmoniya səhnələrində Firuza İbadovanı dinləməkçün tamaşaçılar gələrdi. Firuzə İbadovanın əzəmətli konsertlərini dəfələrlə şahidi olub, onu yaxından dinləyib, hətta pərdə kənarında onu dinləyə-dinləyə öyrənmişəm. O, 1981-ci ildə ulu öndərin sərəncamı əsasında açılan muğam sinfində korifey Şövkət Ələkbərovanın ilk tələbələrindən olub. Halbuki onun dərs almağa heç bir ehtiyacı yox idi. Sadəcə, Şövkət xanıma olan sevgisindən həmin sinifdə dərs alırdı. Lalə qızlar, Az konsert, Gəncə, Göygöl ansamblı, Filarmoniya, Dan ulduzu ansamblının təqvimdə elə bir günü yox idi ki, xalq qarşısında təşkil olunmuş konsertlərdə çıxış etməsin. Stadion, tarla, kolxoz, hər yerdə… Son illərdə tədbirlərin birinin də təşkilatçısı özüm olmuşam və Firuzə xanımın necə böyük şövqlə bütün tədbirlərin gözəl kecəçməsi ücün əlindən gələni etməsinin şahidi olmuşam. Firuzə İbadovanın adı
QIRMIZI HƏFLƏRLƏ YAZILAN MÜGƏNNİLƏR SİYAHISINDA İdi, müqabilində isə Firuzə İbadova ayda cəmi bir dəfə maaş alardı. O da digər sənətkarlar kimi xalqının qarşısında olan SAYSIZ cəçıxışlarının sonunu bugünkü kimi deyil, çox böyük sevgi, diqqətlə ödəniləcəyini düşünür və məcburiyyətdən çörək pulu üçün xəstə halı ilə toylarda, şou proqramlarda oxumazdı. Firuzə xanım tək övladının deyil, bütün ailəsinin yükünü çəkib və bu gün də məcburiyyətdən satmış olduğu Bayılda 1 otaqlı evin kreditini ödəyib bitirmədiyindən həmin evin 34 kv sahəsi olan zirzəmisindən yarım metr hündürlüyündə yerləşdirilib. Onu gördüyümdə dərdimin üstünə dərd gətirdi. Firuzə xanım səhnədə AZƏRBAYCAN İNCƏSƏNƏTİNƏ XİDMƏT ETMƏYƏ BAŞLAYANDA mən özüm 1-ci sinfə belə getmirdim və mənim kimi bir çoxları…Düzdür, illər ötür, yaşın üstə yaş gəlir və təbii ki, Firuzə xanım kimi musiqimizin və gənclərin yüksək musigi zövgünün formalaşmasında xidməti olan insanlar qocalır. Amma o demək deyil ki, ONLARIN ƏMƏYİ İTMƏLİ VƏ UNUDULMALIDIR. Odur ki, aidiyyəti orqanlar bu kimi halları dəqiqləşdirib və Firuzə xanım kimi insanların halal haqqını qiymətləndirməlidirlər, özlərindən incik salmamalıdırlar. Bu dünya onsuz da heç kimə qalan deyil”.

TİA. Az