Ayaz Salayev kinoya olan biganəlikdən DANIŞDIbackend

Ayaz Salayev kinoya olan biganəlikdən DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1898-ci ildən bu günədək bir neçə yaddaqalan, uğurlu Azərbaycan filmi çəkilib.

Onların içərisində Sovetlər dönəmində istehsal olunan filmlərlə yanaşı, müstəqillik illərində çəkilən filmlər də yer alıb.

Lakin insanlarımız son zamanlar çəkilən filmlərin keyfiyyətindən narazıdılar. Film sevərlər hesab edirlər ki, indi çəkilən filmlər keçmişdə çəkilən filmlərdən mövzu, keyfiyyət baxımından geri qalırlar. Bunun əksini düşünənlər də var. TİA.AZ xəbər verir ki, əməkdar incəsənət xadimi, rejissor Ayaz Salayev Cebhe.info-ya Azərbaycan filminin bugünkü problemlərindən danışıb.

Rejissor son dönəmlər çəkilən filmləri bəyənmədiyini bildirib:

“İlk növbədə kinoya milli mədəniyyətin bir hissəsi kimi yanaşan sənətkarlar, dramaturqlar, rejissorlar gəlməlidir. Hansı ki, onlar kinonu millətin güzgüsü kimi görsün və filmin xalq üçün, dünya incəsənəti üçün olduğunu dərk etsinlər.

Son illər baxdığım heç bir Azərbaycan filminin adını çəkə bilməyəcəm. Bəzilərinə baxmamışam, baxdıqlarımdan da bəyəndiyim olmayıb. “Qırmızı bağ”, “Nar bağı” çoxdan çəkilib, son illərin filmi olmasa da, normal filmlərdir”.