“Ayaqlarınızı hərəkət etdirin – ömrü uzadır” – Akademik Bokeriyabackend

“Ayaqlarınızı hərəkət etdirin – ömrü uzadır” – Akademik Bokeriya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakulev adına ürək-damar cərrahlığı üzrə Milli tibbi tədqiqat mərkəzinin prezidenti Leo Bokeriya əmindir ki, həftədə iki saat hərəkət edən insan oturaq həyat tərzi keçirənlərdən 6-8 il uzun yaşayır.

Bu barədə Rusiya elmlər akademiyasının (REA) akademiki RİA «Novosti» agentliyinə müsahibəsində bəyan edib.

«Hətta əgər siz, bir otqaqlı mənzildə yaşayırsınızsa belə, ayaqlarınızı hərəkət etdirin – artıq bu, fiziki yüklənmədir» – Bokeriya qeyd edib.

Xatırladırıq ki, bundan əvvəl o, məsləhət görmüşdü ki, həyatda məqsədə sahib olmalı, dünyaya xoş məramla baxmalı və mümkün qədər çox hərəkət etməlisiniz ki, 100 yaşa qədər yaşayasınız.

Bundan başqa, Bokeriya tövsiyə edib ki, koronavirusla xəstələnmiş insanların hər saatda 15 dəqiqə hansısa bir mətni ucadan oxuması vacibdir – bu, tənəffüs əzələlərini bərpa edir.