Aya 47 avtomobil büdcəyə satılıb, qalanı anbarda qalıb” – İqtisadçı yıxıb-sürüdübackend

Aya 47 avtomobil büdcəyə satılıb, qalanı anbarda qalıb” – İqtisadçı yıxıb-sürüdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 408 ədəd və ya ötən ilin eyni dövrü ilə müqayisədə 264 ədəd və yaxud 39,3 % az minik avtomobili istehsal olunub. TİA.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, bu il aprelin 1-nə ölkədə 267 ədəd hazır məhsul ehtiyatı yaranıb.

“Ay qalstuklu müəllimlər, bu iş zorla olmur, ölkədə avtomobil istehsalı yoxdur – vintaçanla (el arasında “otvertka” deyirlər) yığma var, istehsal o zaman sayılır ki, avtomobil detallarının heç olmasa 25%-i ölkədə istehsal olunur. Bizdə isə yığılan avtomobillərin ancaq təkərlərinə vurulan hava yerlidir, başqa hər şey xaricdən, valyuta ilə alınıb-gətirilir. Detallar valyuta ilə alınır – sonra həmin maşınlar büdcə təşkilatlarına satılır, büdcədən ayrılan manat valyutaya çevrilib ölkədən çıxır”- deyə iqtisadçı vurğulayıb.


N. Cəfərli qeyd edib ki, 2021-ci ilin ilk 3 ayında 408 avtomobil yığılıb, onun cəmi 141 ədədi satılıb – aya 47 avtomobil yığıb büdcəyə satıblar, qalanı anbarda qalıb, hələ buna fəxrlə, “yerli avtomobil istehsalı”, deyirlər: “Multfimldirlər…Avtomobil istehsalı başqadı, məsələn, Toyota 1 dəqiqəyə 19,9 ədəd, Volkswagen 1 dəqiqəyə 19,8 ədəd, Hyundai isə 1 dəqiqəyə 13,7 ədəd avtomonil istehsal edir. Yəni, Toyotanın 20 dəqiqəyə istehsal etdiyi qədər maşını, bizimkilər 3 aya “otverka” ilə yığıblar…”

TİA.AZ