Tribuna İnformasiya Agentliyi

Ayətulla Xameneyi hökümətə ABŞ-la danışıqları qadağan etdi

13 Avqust
İranın dini lideri Ayətulla Xameneyi ölkə rəsmilərinə ABŞ-la danışıqları qadağan edib.
Qaynarinfo Euronews-a istinadən xəbər verir ki, Xameneyi qərarını belə əsaslandırıb:
“Hökümətə Birgə Fəaliyyət Planına başlamağa icazə vermək mənim səhvim idi. Centlmenin (Donald Tramp) təkidlərinə görə danışıqlara icazə vermişdim. ABŞ ilə bütün danışıqları qadağan edirəm. Amerika danışıqlar zamanı vədlərinə heç vaxt əməl etməyib, sadəcə boş sözlər…və danışıqlar üçün öz məqsədlərindən heç vaxt əl çəkmir”.
Qeyd edək ki, ötən ay ABŞ prezidenti Donald Tramp İranla danışıqlara hazır olduğunu açıqlamışdı.