Tribuna İnformasiya Agentliyi

Axundov adına Milli Kitabxanada kondisioner problemi…

28 İyun

Artıq bir müddətdir ki, M.F.Axundov adına Milli Kitabxananın oxucuları redaksiyamıza müraciət edərək şikayətlənir. Şikayətçilərin gileyi isə kitabxananın elektron kitabxana şöbəsində kondisionerin olmamasıdır.

Oxucular bildirir ki, havaların kəskin istiləşdiyi bir vaxtda kitabxanada kondisionerin olmaması onlar üçün narahatlıq yaradır. Xüsusən də sağlamlığında problemlər olan oxucular kitabxananın xidmətindən istifadə etməyə peşiman olurlar.

Məsələ ilə bağlı musavat.com-un əməkdaşı adı çəkilən kitabxana ilə əlaqə saxlayıb. Kitabxananın qəbul bölümündə çalışan əməkdaşı həmin şöbədə kondisioner problemi olduğunu təsdiqləyib:

“Bir neçə gün əvvəl usta gəlmişdi ki, kondisioneri təmir etsin. Bildiyim qədər hazırda kondisioner işləməlidir”.

Lakin oxucuların iddialarına görə bu günə qədər kitabxananın elektron şöbəsində ümumiyyətlə kondisioner olmayıb.

Kitabxananın direktor müavini Mələk Hacıyeva isə məsələ ilə bağlı açıqlamasında qeyd etdi ki, qeyd olunan problem onun səlahiyyətlərinə aid olmadığı üçün cavab vermək iqtidarında deyil.