Tribuna İnformasiya Agentliyi

Axırıncı partada oturub sakitcə kitab oxuyurdum – VİDEO

27 Noyabr

Yazıçı şagird ikən riyaziyyat fənnini sevmədiyini söyləyib

Xalq yazıçısı Çingiz Abdullayev “ARB Günəş”in “Mən məktəbli ikən” verilişinin qonağı olub.

O, Bakı şəhər 189 saylı tam orta məktəbdə oxuyub. Yazıçı bildirib ki, təhsil aldığı məktəb evlərinə yaxın olub, buna görə də o, məktəbdə özünü elə evindəki kimi rahat hiss edib:

”Zəng çalınmağa başlayanda evdən çıxırdım və bitənə kimi gəlib dərsə çatırdım”.

Yazıçı şagird ikən riyaziyyat fənnini sevmədiyini söyləyib. Lakin fəal şagird olub, mütaliəyə və futbola maraq göstərib. Məktəbdə fəaliyyət göstərən futbol klubunun prezidenti olub:

“Kitab oxumağı sevirdim. Boyum uca olduğuna görə axırıncı partada oturub, sakitcə kitab oxuyurdum”.