“AXIRINCI OLSUN BAKU ELEKTONIKS-DƏN NƏSƏ ALIM” – ŞİKAYƏTbackend

“AXIRINCI OLSUN BAKU ELEKTONIKS-DƏN NƏSƏ ALIM” – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şikayətim Baku Elektroniks-in texniki xidmətindəndir. 20 oktyabr 2020 tarixində 1 illik qarantiya ilə Gigaset A415 ev telefonu aldım. Son 2 aydır ekranı demək olar işləmir”. TİA.Az xəbər verir ki, müştəri İbrahim Kərimov belə deyir. Onun sözlərinə görə, ekrandakı yazıları zülmlə görmək olur: ” İstifadə üçün çox narahatdır. Apardım aldığım Əhmədli filialına, ordan da texniki xidmətə yönləndirdilər. Səhəri gün cavab gədli ki, bu telefonun içinə su düşüb. Düzəlməyəcək, gəl götür. Bu gün götürəndə baxıram ekranda ümumiyyətlə görüntü yoxdu.

Təmirə gətirməmişdən qabaq heç olmasa zəng edəni, menyunu, hərfləri pis(!) də olsa görürdüm. İndi ümumiyyətlə sıfır vəziyyətindədir. Texniki xidmətdəki dayı da qayıtdı ki, gətirəndə elə belə idi. Telefonu da vurdum qoltuğuma, suyu süzülə-süzülə qayıtdım və özümə söz verdim ki, birinci və axırıncı dəfə olsun Baku Electronicsə ayaq basım. Nə bilim, bəlkə də təmir zamanı ekranın əvvəlkindən bərbad olmağı normaldı, amma istənilən halda müştəri üçün məmnuniyyətsizlikdir. Fakt o ki, təmirdən öncə telefon gələn zəngi sahibin adını pis də olsa oxuya bilirdim”.

TİA.Az