Tribuna İnformasiya Agentliyi

AXC-nin 100 illiyi ilə bağlı “moneta” hazırlanır

09 Aprel

Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı yubiley sikkəsi (moneta) buraxacaq.

TİA.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bank sədri Elman Rüstəmov jurnalistlərə məlumat verib.

O, Cümhuriyyətin 100 illiyi ilə bağlı yubiley monetasının hazırlandığını bildirib: “Həmin moneta ölkəyə hazırlanıb gətiriləcək və təqdimat prosesi olacaq”.