Tribuna İnformasiya Agentliyi

“AXA MBAKS” sığorta şirkətinə yeni rəhbər təyin olunur -EKSKLÜZİV

12 Aprel

“AXA MBASK” sığorta şirkətinin idarə heyətinə yeni sədr təyin edilir. Tia.az-ın sığorta bazarından əldə etdiyi məlumata görə, artıq Selçuk Adıgüzel sığorta şirkətindən ayrılıb. Onun yerinə isə Elşad Əliyev yeni sədr təyin ediləcək. E.Əliyev isə tia.az-a hələlik rəsmi olaraq idarə heyətinin sədri təyin edilmədiyini bildirib.

Qeyd edək ki, E.Əliyev bundan əvvəl bir neçə sığorta şirkətində çalışıb. O cümlədən, 2016-cı ilə qədər bağlanan “Alfa Sığorta” şirkətinin Direktorlar Şurasının sədri olub.

Xatırladaq ki, AXA Qrup  Azərbaycandakı törəmə şirkəti olan “AXA MBASK”ı fevrala ayının sonundan etibarən satmaq qərarına gəlib və sövdələşmə baş tutub. Bu qərardan sonra sığorta şirkətinin rəhbərliyində dəyişikliklər olacağı gözlənilən idi.

TİA.AZ