Tribuna İnformasiya Agentliyi

Avtomobillərə 100 seriyası ilə başlayan nömrələr veriləcək?

05 May

Azərbaycanda minik avtomobillərinin sayı hər il artır. Avtomobillərin sayı artdıqca, yeni nömrə nişanlarına da ehtiyac yaranır. Bununla yanaşı, həm də yeni avtomobil seriya nömrələrinin region kodlarına ehtiyac duyulur.

Bir müddət əvvəl Bakıya aid “10” seriyası ilə nömrələrin bitməsindən sonra yeni “90” seriyası yarandı. Müşahidə etsək görərik ki, hər iki seriyanın son hərfləri ilə nömrələr var.

Modern.az- ın əldə etdiyi məlumata görə, Azərbaycanda dövlət qeydiyyat nişanlarına yeni hərf və ya rəqəm əlavə olunacaq. Məlumata görə, 100 seriyası ilə başlayan dövlət qeydiyyat nişanları tətbiq olunacaq.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev isə Modern.az-a bu barədə məlumatsız olduğunu deyib.

“Hələ ki bu məsələ gündəmdə deyil. Hansısa yenilik olarsa, bu barədə ictimaiyyətə ətraflı məlumat verəcəyik. Amma təbii ki, zərurət yaranarsa, nömrə nişanları ilə bağlı dəyişikliklər olacaq”.