Avtomobili olanlara 190 manat yardımın verilməməsi qanunsuzdur (ŞƏRH)backend

Avtomobili olanlara 190 manat yardımın verilməməsi qanunsuzdur (ŞƏRH)

“Adına daşınar və daşınmaz əmlak olan şəxslərin işsiz statusu verilməsindən imtina edilməsi qanunsuzdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Qubad İbadoğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adına avtomobil olan şəxslərə 190 manat birdəfəlik yardımın verilməsi ilə bağlı imtina mesajlarından danışarkən deyib.
İqtisadçı bildirib ki, belə şəxslərin məşğulluqla əlaqəsini təsbit edən heç bir hüquqi norma yoxdur:
“Məşğulluq haqqında qanunda adına əmlak olanların məşğulluqla əlaqəsini təsbit edən heç bir hüquqi norma yoxdur. Bu halda da adına danşınar və daşınmaz əmlak olan şəxslərin işsiz status verilməsindən imtina edilməsi qanunsuzdur”.
İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, müraciətlər çox olduğundan Əmək və Əhalinin Sosial Müdafiısi Nnazirliyi fərdi qaydada heç kəsə yanaşmayıb:
“Qanunla sosial müavinətlərin alınması məsələsində vətəndaşın adına olan daşınan və daşınmaz əmlak qanunvericilikdə rol oynayır. Sadəcə, bura duyğusal yanaşmaq lazım idi. Çünki bir çox insanlar 2000-ci illərdə adına avtomobil olub. O zaman müddətsiz etibarnamə ilə həmin avtomobili satmaq mümkün idi. İndi faktiki olaraq avtomobil həmin adamlarda deyil. Amma sistemdə onların adına avtomobil göründüyündən nazirlik bunlara 190 manat birdəfəlik yardımla bağlı bağlı imtina mesajı yazıb. Yaxud da 1990-ci ildən adında avtomobil qalanlar da var. Həmin maşınlar ümumiyyətlə, işlək vəziyyətində deyillər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik bütün vətəndaşlara eyni münasibət göstərməkdənsə məsələyə başqa cür yanaşmalı idi. Kimin adına “generalnı” etibarnaməsi varsa, onlara 190 manat birdfəlik yardım düşməli idi. Görünür, müraciətlər çox olduğundan nazirlik fərdi qaydada heç kəsə yanaşmayıb. Adında avtomobil olanların hamısına imtina edib”.
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki