Tribuna İnformasiya Agentliyi

Avtomobil dayanacağında nəzarətçilər arasında dava – VİDEO

07 İyun

Xırdalanın mərkəzində avtomobil dayanacağında gözətçi isləşən iki kişi əlbəyaxa davaya çıxıb.

TİA.AZ  Criminal.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində, bazarın qarşısında baş verib.

Yol kənarında avtomobil dayanacağında gözətçi kimi pul yığan iki kişi yer üstündə davaya qalxıb. Onları yol polisi sakitləşdirsə də, kişilər yenidən davalarına davam ediblər.

Həmin davadan çəkilmiş görüntüləri təqdim edirik: